İQBAL MƏHƏMMƏD

(1289/1873 – 1357/1938) filosof-şair, maarifçi, reformist və ictimai xadim olmuşdur. O, Pəncabın Siyalkot şəhərində doğulmuş, erkən yaşlarından elmə maraq göstərmiş, Quranı öyrənmiş, mədrəsədə dini elmlər üzrə təhsil almışdır. Sonra Lahorda təhsilini davam etdirmişdir. Burada o, müxtəlif elmləri öyrənmiş, poeziyaya meyl göstərmişdir. Məktəbi bitirdikdən sonra isə ingilis dilini və fəlsəfəni öyrətməyə başlamışdır. 1322/1905-ci ildə Məhəmməd İqbal İngiltərənin Kembric universitetinin fəlsəfə və iqtisadiyyat fakültələrində təhsilini davam etdirmişdir. Londonda ərəb ədəbiyyatından dərs demişdir. Sonra 1325/1908-ci ildə Almaniyaya gedib, orada artıq istedadlı şair kimi tanınaraq vətəni olan Hindistana qayıtmış, burada qısa bir müddət Lahorun dövlət məktəblərinin birində ərəb ədəbiyyatından dərs demişdir. Sonra ingilislərin müstəmləkəçi siyasətinə qarşı çıxaraq vəzifəsindən istefa etmiş, özəl məktəblərdə müəllimlik işini davam etdirmişdir. Bundan sonra o, ingilis müstəmləkəçiliyinə qarşı mübarizəyə qoşulmuşdur. O, müsəlmanların daha çox yaşadığı şimal vilayətlərinin Hindistandan ayrılması, orada Pakistan dövlətinin qurulması ideyası ilə çıxış edənlərdən biri olmuşdur. O, 1351/1932-ci ildə Londonda bu məsələ ilə bağlı konfransda çıxış etmişdir. 357/1938-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Pakistan dövləti isə onun ölümündən sonra qurulmuşdur. Məhəmməd İqbalın fəlsəfi baxışları daha çox onun poeziyası və bəzi başqa əsərlərində əks olunmuşdur. O hesab edirdi ki, bütün insanlara xoşbəxtlik gətirə bilən ideya yalnız İslam dinidir. Bu din möhkəm ideoloji, eləcə də əxlaqi dayaqlar üzərində durduğundan məhv edilə bilməz. Əsərlərində müsəlmanları İslam irsini öyrənməyə, Məhəmməd peyğəmbərin göstərdiyi yolu getməyə çağırmışdır. Məhəmməd İqbala görə hər bir cəmiyyət və fərd Allahı düşünərək yaşamalıdır. Bu yolda günahlardan çəkinmək və cihad etmək lazımdır. Onun fikrincə böyük nailiyyətlər əldə etmələrinə baxmayaraq avropalıların həyat tərzi mənəviyyatsızdır, çünki onların mədəniyyətləri yalnız maddi dəyərlər üzərində qurulmuşdur. Məhəmməd İqbal başqa müsəlman mütəfəkkirləri kimi hesab edirdi ki, müsəlman xalqlarının geriliyi bəzi müsəlman təriqətlərinin fəaliyyəti ilə bağlıdır. O, onları ilkin İslam dəyərlərindən uzaqlaşmaqda, peyğəmbər və onun səhabələrinin göstərdiyi yoldan yayınmaqda, dinə bidətlər gətirməkdə ittiham etmişdir. Bununla yanaşı o, din xadimlərinin ehkamçılığına qarşı çıxış edərək, müsəlmanları müasir həyata uyğunlaşmağa, elmi və texniki biliklərə yiyələnməyə çağırmışdır.
İQAN
İQTƏ
OBASTAN VİKİ
Məhəmməd İqbal
Məhəmməd İqbal (Urduca: محمد اقبال, Hindcə: मुहम्मद इक़बाल; 9 noyabr 1877[…], Sialkot, Pəncab[d], Britaniya Hindistanı – 21 aprel 1938[…], Lahor, Pəncab[d], Britaniya Hindistanı) — Pakistan şairi, filosofu, siyasətçisi. Məhəmməd İqbal 1873-cü ildə Pəncab əyalətinin Siyalkut kəndində sufi ailəsində anadan olmuşdur. İlk təhsilini dini elmlər və Qurani Kərim üzrə almışdır. Mədrəsə təhsilini bitirdikdən sonra , ərəb və fars dili müəlliminin məsləhətilə müsəlman xalqlarının ədəbiyyatına maraq göstərən Iqbal Lahurda ali təhsilini başa vurduqdan sonra Şərq dilləri fakültəsində müəllim işləmişdir. Məhəmməd İqbalın ilk şerlərinin dərci də bu illərə təsadüf edir. 1905-ci ildə Kembric universitetinin Fəlsəfə və iqtisadiyyat fakültəsini bitirən Iqbal Londonda yaşadığı 3 il ərzində ərəb dili və ədəbiyyatı fakültəsində müəllim işləməklə yanaşı, Londonda böyük əks-sədaya səbəb olan bir sıra konfranslar təşkil etmişdi. Burada olduğu müddətdə hüquq təhsilini də başa vuraraq prokururluq diplomunu aldıqdan sonra Almaniyanın Münhen şəhərinə gedən Məhəmməd Iqbal fəlsəfə üzrə doktorantura pilləsini də tamamlamışdı. 1908-ci ildə Hindistana gedən və orada böyük heyranlıq və coşğu ilə qarşılanan Məhəmməd İqbal ölkənin siyasi həyatında fəal iştirak etmiş və xalqını bu məsələdə maariflənməsi və istiqamətlənməsi yolunda böyük işlər görmüşdür. Onun bu məsələdə şüarı " Siyasət – çalışmaq , izzət və şərəfə dəvətdir." idi. Məhəmməd İqbalın " Müsəlman hind mücahidləri " təxəllüsü ilə yazdığı şerləri Hindistandakı müsəlmanların ingilis müstəmləkəçilərinə qarşı mübarizəsinə təkan vermiş, Pakistanın müstəqil bir dövlət halına gəlməsinə dolayı olaraq stimul olmuşdur.
İqbal
İqbal — kişi adı.
İqbal (Sayınqala)
İqbal (fars. ‎اقبال‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 713 nəfər yaşayır (157 ailə).
İqbal (qəzet)
İqbal — gündəlik qəzet. 1912–1915-ci illərdə Bakıda, Azərbaycan dilində nəşr edilmişdir. 1023 nömrəsi çıxmışdır. Onlardan 459-u Sənətulla Eynullayev-İbrahimovun (6.3.1912–20.9.1913), 299-u Seyid Hüseyn Sadıqzadənin (22.9.1913–8.10.1914), 265-i isə Məhəmmədəli Əbdüləziz və Məhəmməd Əmin Rəsulzadələrin (9.10.1914–27.4.1915) naşirliyi və baş müəllifliyi ilə buraxılmışdır. "İqbal"ın əsas müəllifləri Sənətulla Eynullayev-İbrahimov, Seyid Hüseyn, Məhəmməd Əmin Rəsulzadə, Hacı İbrahim Qasımov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi. Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur: ""İqbal" qəzetəsi millətimizin maddi və mənəvi səadətinə, iqbalına xidmət arzusu ilə nəşrə başlamışdır". Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya İmperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi ― "İqbal"ın toxunduğu əsas mövzular idi. Qəzet müxtəlif problemləri ivahid məqsəd ətrafında birləşdirir, milli müstəqillik ideyalarının təbliğinə xidmət göstərirdi.
İqbal Astanlı
İqbal Ağazadə
İqbal Fehruz oğlu Ağazadə (18 sentyabr 1968, Merdinli, Füzuli, Azərbaycan SSR) — azərbaycanlı siyasətçi, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, Azərbaycan Ümid Partiyasının sədri (2002), 2008 və 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizəd. İqbal Ağazadə 1968-ci il sentyabrın 17-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri, S. C. Pişəvəri adına 4 saylı fars təmayüllü məktəbdə təhsil alıb. 1986–1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1992-ci ildə universitetdə təhsilini donduraraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda tələbələrdən ibarət könüllülərin komandiri kimi Ağdərə, Tərtər, Ağdam, Goranboy istiqamətlərində döyüşlərdə iştirak edib.[mənbə göstərin] Evlidir, 2 övladı var. Azərbaycan Milli Məclisinin II çağırışı, III çağırış və IV çağırış 35 saylı Xətai III Seçki Dairəsindən millət vəkili seçilib. Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının üzvü, Azərbaycan-Braziliya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur. Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. 2020-ci il 9 fevral növbədənkənar parlament seçkilərində iştirak etmiş, namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsinin seçki nəticələri ləğv olunub.
İqbal Babayev
İqbal Alıcan oğlu Babayev (7 avqust 1964, Yardımlı rayonu) — Gömrük xidməti general-mayoru, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin sabiq müavini (2018), "Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası"nın təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor. İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur. 1981–1986-cı illərdə Kiyev İnşaat və Memarlıq Milli Universitetinin (KİMMU) "İnformasiya texnologiyaları" fakültəsində təhsil almışdır. 1986–1987-ci ildə KİMMU-nun "İstehsal prosesslərinin avtomatlaşdırılması" kafedrasında müəllim işləmişdir. 1987–1991-ci illərdə Dövlət İmtahan Attestasiya Komissiyasının qərarına əsasən KİMMU-da aspiranturaya daxil olmuş və eyni zamanda pedoqoji fəaliyyətini davam etdirmişdir. Elmi işlərinin nəticələrinin tətbiqinə və səmərəliyinə görə 1989-cu ildə Kiyevdə "İlin ən yaxşı ixtiraçısı" adına və Kiyev şəhərinin rəhbərliyi tərəfindən məktəblərdə informatika fənninin tədrisinə görə "Ən yaxşı müəllimlik fəaliyyətinə" görə diplomuna layiq görülmüşdür. 1986–1991 illərdə Kiyev şəhərində kompüter sistemləri və informatikanın öyrənilməsi üzrə "POİSK" şirkətini təsis etmiş və həmin şirkətin bazasında Kiyev şəhəri üzrə gənclər mərkəzinə rəhbərlik etmişdir. Evlidir, iki övladı var. 1990-cı ildə Kiyevdə 05.13.07 — "Texnoloji Proseslərin Avtomatlaşdırılmış İdarəetmə Sisitemi" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsi almışdır. Elmi işi mürəkkəb texnoloji proseslərin modelləşdirilməsi, idarəedilməsi və mürəkkəb layihələrin və proseslərin idarəetmə alqoritminin obyekt-yönümlü üsullarla yazılışı ilə bağlı idi.
İqbal Bayramov
İqbal Hacıyev
İqbal Hacızadə
İqbal Məmmədov
Məmmədov İqbal Nəriman oğlu (6 yanvar 1965, Rəzgov, Lerik rayonu) — Milli Məclisin deputatı. Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir. 1996-cı ildə "Kaspi-Yıldız" Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib. Asif Məmmədovun qardaşıdır. 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir. Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
İqbal Məmmədəliyev
İqbal Vamiq oğlu Məmmədəliyev (23 sentyabr 1978, Bakı) — Azərbaycan kino rejissoru və prodüseri. İqbal Məmmədəliyev 23 sentyabr 1978-ci ildə Bakıda anadan olub. 1985–1995-ci illərdə 113 saylı orta məktəbdə oxuyub. 1989–1994-cü illərdə 10 saylı musiqi məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini, 2002-ci ildə isə teatrşünaslıq üzrə magistraturasını bitirib. Ailəlidir, dörd övladı var. Tarzən Vamiq Məmmədəliyevin oğlu, rejissor Salam Məmmədəliyevin qardaşıdır. 1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti, "Gənclik və İdman" baş redaksiyasında ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə "Soy" şirkətində rejissor vəzifəsində çalışıb, 2000–2004-cü illərdə Media Holdinq şirkətinin Lider televiziyasında rejissor kimi fəaliyyətini davam etdirərək 5 televiziya layihəsinin, 200-dən çox müxtəlif səpkili televiziya verilişlərinin, eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və 60-dan çox sənədli filmin müəllifi olub. 2002–2004-cü illərdə Azərbaycan Kinematoqrafçılar Birliyində bir çox filmləri nümayiş olunaraq peşəkar tənqidçilər tərəfindən müzakirəyə çıxarılıb.
Hüseynabad-i İqbal
Hüseynabad-i İqbal (fars. حسن اباداقبال‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Mərkəz bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 54 nəfər yaşayır (25 ailə).
Yeni iqbal (qəzet)
Yeni İqbal — 1915—1917-ci illərdə Bakıda çap olunmuş gündəlik ictimai, iqtisadi və siyasi qəzet. “Yeni iqbal” 1915-ci il aprelin 27-də nəşri dayandırılan “İqbal” qəzetinin davamı kimi fəaliyyətə başlamışdı. “Yeni iqbal” gündəlik “türk qəzeti” idi və sistemli olaraq millətçilik, türkçülük ideyalarını təbliğ edirdi. Gündəlik “ictimai, iqtisadi, siyasi türk qəzetəsi” olan “Yeni iqbal” şənbə günü istisna olmaqla həftənin bütün günləri çıxırdı. Bəzən bu müntəzəmlik pozulur, qəzet 2 gündənbir, bəzən də 3 gündənbir nəşr olunurdu. Bu hal bayram günlərində daha çox nəzərə çarpırdı. Bundan əlavə 1915-ci ilin noyabr-dekabr aylarında Orucov qardaşlarının mətbəəsində tətil baş verdiyi üçün qəzet 10 gün nəşr olunmamışdı. “Yeni iqbal” əsasən 4 səhifədən ibarət idi və A2 formatında çıxırdı. Lakin bunlar da sabit deyildi. Bəzən səhifələrin sayı azalır, 2 olur, bəzən də artır, 6 olurdu.
İqbal Babayev (əsgər)
İqbal günü (Pakistan)
İqbal günü—9 Noyabrda Məhəmməd İqbalın doğum günüdür. Gün, 2018-ci ildən indiyədək Pakistanın bütün əyalətlərində və federal inzibati bölgələrində dövlət tətili olur. Şair və filosof olan İqbal Pakistan Hərəkatı üçün böyük bir ilham idi. İqbal günü "Şərqin Şairi" olan Əllama Məhəmməd İqbalın xatirəsi olaraq hər il 9 noyabrda bütün əyalətlərdə təşkil olunur və qeyd olunur. İqbal 9 noyabr 1877-ci ildə Britaniya Hindistanının (indi Pakistan) Pəncab əyalətinin daxilindəki Sialkotda anadan olmuşdur. 21 aprel 1938-ci ildə Britaniya Hindistanının Pəncab, Lahor şəhərində vəfat etdi. Pakistan hökuməti onu rəsmi olaraq xalq şairi elan etmişdir.
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Dərviş Məhəmməd
Dərviş Məhəmməd xan (1524 – 1551, Şəki) — Şəki hökmdarı (1524-1551). Atası Həsən sultanın Gürcü çarı ilə döyüşdə həlak olmasından sonra Şəki əhalisi onu "hökumət taxtına əyləşdir"mişdi. Dərviş Məhəmməd xan 1538-ci ildə Buğurt qalasını mühasirəyə almış qızılbaşlara gecə basqınları etsə də, az sonra onlarla münasibətləri yaxşılaşdıra bilmiş və hətta I Şah Təhmasibin bacısı ilə evlənmışdi. 1549-cu ildən etibarən isə Dərviş Məhəmməd xan ilə Səfəvilər dövləti arasında münasibətlər yenidən pisləşməyə başladı. Belə ki həmin ildə Şah Təhmasib Şəkiyə cəza dəstəsi göndərərmiş və bu ölkəni qarət etdirmişdi. 2 il sonra, 1551-ci ildə isə Şah Təhmasib özü böyük bir ordu ilə Şəki hökmdarlığının ərazisinə daxil oldu. Şəki ordusu ilə ilk toqquşmada qızılbaşlar qalib gəldilər və Şəkinin ən məşhur sərkərdələrindən birini əsir götürdülər. Daha sonra isə onlar Şəki hökmdarlığının üç əsas istehkamını eyni vaxtda mühasirəyə aldılar. Həmin istehkamlardan Dərviş Məhəmməd xanın sığındığı "Gələsən-Görəsən" qalası istisna olmaqla, digər ikisinin müdafiəçiləri 20 günlük inadlı müqavimətdən sonra təslim olmağa məcbur edildi. Bundan sonra Dərvişməhəmməd xan bir gecə 400 nəfərlə "Gələsən-Görəsən"dən çıxdı.
Eliyah Məhəmməd
Eliyah Məhəmməd (ing. Elijah Muhammad; 7 oktyabr 1897[…] – 25 fevral 1975[…], Çikaqo) — ABŞ ictimai və din xadimi. 1934–1975-ci illərdə afroamerikalıların "İslam milləti" təşkilatının lideri. == Həyatı == Eliyah Pul 7 oktyabr 1897-ci ildə Corciyanın Sandersville şəhərində anadan olmuşdur. 16 yaşında evini tərk edərək, ölkə boyu səyyahətə başladı. 1917-ci ildə Klara Evans ilə evləndi. 1923-cü ildə Detroitə köçərək, orada avtomobil zavodunda işləməyə başladı. 1930-cu illərin əvvəllərində şəhərdə "İslam Məbədi"ni quran Uolles Fərd Məhəmməd ilə tanış oldu. Uolles Fərd Məhəmmədin təbliğ etdiyi din təlimi İslamla oxşar idi, lakin bir çox cəhətdən ondan fərqlənirdi. Eliyah Pul soyadını Məhəmməd olaraq dəyişdirdi.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd Çərkəzov
Məhəmməd Çərkəzov — sovet türkmənlərinin teatr və kino aktyoru, Türkmənistan Xalq Artisti, SSRİ xalq artisti (1980), Üçüncü dərəcə Stalin mükafatının qalibi (1951), CPSU-nun üzvü (1943-cü ildən), Türkmənistan SSR Kinematoqrafçılar İttifaqının üzvü. Məhəmməd Çərkəzov 1911-ci il yanvarın 1-də SSRİ paytaxtı Aşqabadda anadan olmuşdur. Aşqabadda Türkmənistan İncəsənət Kollecini (indi D. Ovezov adına Türkmənistan Dövlət Musiqili Kollecini) bitirmişdir. 1932-ci ildən Türkmənistan Dram Teatrının aktyoru olub. Sonra IV Stalin adı, 1963-cü ildən Mollanepes adına, indi Mollanepes Tələbə Teatrında aktyor olub. Türkmən SSR Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur. 1943-cü ildən bəri CPSU-nun üzvü olub. Məhəmməd Çərkəzov 23 iyul 1993-cü ildə Aşqabadda vəfat edib. Həyat yoldaşı — Saçli Dursunova: Tibb elmləri namizədi, müharibə veteranı, medallarla təltif edilmişdir. Oğlu — Batyr (1954-cü il təvəllüdlü): Türkmənistan Dövlət Tibb İnstitutunu Aşqabadda bitirmişdir.
Məhəmməd Ömər
Məhəmməd Ömər (tam adı: Məhəmməd Ömər Mücahid 1960, Xakrez rayonu[d], Qəndəhar vilayəti – 23 aprel 2013, Zabul vilayəti, Əfqanıstan İslam Respublikası[d]) — "Taliban" hərəkatının lideri. Məhəmməd Ömər (Molla Məhəmməd Ömər kimi də tanınır) 1962-ci ildə doğulub (başqa bir versiyaya görə 1959-cu ildə). Puştu tayfasındandır. Ailəsi yoxsul idi. Ömər hələ lap uşaq ikən Quranın əsaslarını öyrədən və səyyari müəllim olan atası vəfat etdi. Anası mərhumun qardaşına ərə getdi. O da ətraf kəndlərdə dinin əsaslarını təlim edirdi. Buna görə də Muhəmməd Ömər bütün uşaqlığı boyu Əfqanıstan kəndinin din mədəniyyətini mənimsədi. Quran məktəbindəki təhsildən sonra molla olan Ömər öz nəslinin taleyni anladı.SSRİ-Əfqanıstan müharibəsinin iştirakçısı olub.O zaman mühafizəkar “Hərakate-İnqilabe-islam” partiyasının sıralarında müqavimətə qoşuldu. Cəbhədə üç dəfə yaralandı.